DİN əhaliyə müraciəti: İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq...

DİN əhaliyə müraciəti: İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq...

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

“Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk”.

BakuCity.az  xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində yer alıb.

“Eyni zamanda, vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin – koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız”, - deyə müraciətdə bildirilib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər