General-mayor Polad Həşimov dəfn olunur

General-mayor Polad Həşimov dəfn olunur

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

BakuCity.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Dəfn mərasimində Prezident Admisintrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Onun cənazəsi vida üçün əvvəlcə Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.

BakuCity.az

General-mayor şəhid olub dəfn olunur cəbhə xəbərləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər