Özünü parlamentin qarşısında öldürmək istədi - DİN-dən açıqlama

Özünü parlamentin qarşısında öldürmək istədi - DİN-dən açıqlama

Milli Məclisin qarşısında bir vətəndaş özünü şəhid etmək üçün intihara cəhd edib.

BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib.

E. Zahidov bildirib ki, sərxoş vəziyyətdə olan bir şəxs Milli Məclisin qarşısına gələrək Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı öz dəstəyini bildirmək istəyib:

Həmçinin oxu: Gənc oğlan Milli Məclisin binasının qarşısında özünü doğradı — VİDEO

“Həmin şəxs özünə xəsarət yetirərək şəhid olmaq istədiyini bildirib. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən həmin sərxoş şəxsin bu cəhdinin qarşısı alınıb. Daha sonra polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub”.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər