15:33, 15 iyul 2020

Ermənilər Naxçıvana atəş açdı - VİDEO

Ermənilər Naxçıvana atəş açdı - VİDEO

Azərbaycan ordusu düşmənin maşın karvanın vurub.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması halları müşahidə olunur.

BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Məlumata görə, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ermənistan silahlı qüvvələrinin bölmələrini Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.

Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir.

BakuCity.az

#siyaset xeberleri #siyaset xeberleri bugun #en son siyaset xeberleri #siyaseti xeberler #son xeberler siyaset #siyasi xeberler azerbaycan #siyasi xeberler bugun #siyaset son xeber #siyasi xeberler yeni #siyasi xeberler bugun

Şərhlər

Elan
live comments feed...