"Ermənistan sərhədində vəziyyət çox vahiməlidir".
Rusiya Azərbaycan - Ermənistan sərhədindəki gərginliyin artmasından narahatdır və bunu dayandırmaq üçün əlindən gələni edəcək.
BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko qeyd edib:
“Biz bu vəziyyətdən çox nigaran və narahatıq, döyüşləri dayandırmaq üçün, sonra da danışıqlar çərçivəsində hamını qane edəcək variantlar tapmaq üçün əlimizdən gələni edəcəyik. Vəziyyət, doğrudan da, çox vahiməlidir”. (TASS)
BakuCity.az