Türkiyə Ermənistanla sərhəddə silahlı PUA-ları havaya qaldırıb.
Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.
BakuCity.az xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb.
Nəzarət uçuşlarına adi PUA-larla yanaşı silahlı PUA-lar da qatılıb.
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri artıq iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir. (report)
BakuCity.az