Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurdu

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Xətai rayonunda qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı avtomobil Zığ dairəsində yolu keçən 1988-ci il təvəllüdlü Əsədov Famil Fədail oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. (report)

BakuCity.az

Şərhlər