Koronavirusla bağlı Azərbaycana 200 xarici həkim gətirildi

Koronavirusla bağlı Azərbaycana 200 xarici həkim gətirildi

“Azərbaycan COVID-19 pandemiyası ilə mübarizəyə təxminən 200 nəfər xarici həkimi cəlb edib”.

BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib:

“Ən çox həkim Kubadan gəlib. Onlarla 3 aylıq müqavilə bağlanılıb. Bundan başqa, 47 Türkiyədən gəlmiş həkim hazırda "Yeni Klinika"da çalışır. Onlar 2 ay burada olacaq.

Həmçinin 20-dən artıq rusiyalı həkim Bakı və Sumqayıt şəhərlərində xidmət göstərir. Bu həkimləri gələcəkdə Çindən olan həmkarları əvəz edəcək. Hazırda bu ölkə ilə iş aparılır, müqavilə hazırlanır”.

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər