Tovuzda yenidən döyüş gedir – RƏSMİ

Tovuzda yenidən döyüş gedir – RƏSMİ

Tovuz zonasında döyüşlər yenidən başlayıb.

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

BakuCity.az xəbər verir ki, b barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək.

BakuCity.az

Tovuzda döyüşlər,. Qarabag savası xeberler azerbaycan son deqiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər