Ermənistana məxsus taktiki PUA məhv edilib.
İyulun 16-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb: "Bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib", - deyə, məlumatda bildirilib.
BakuCity.az