Koronavirus testinin nəticəsinin səhv olmasının səbəbi açıqlandı

Koronavirus testinin nəticəsinin səhv olmasının səbəbi açıqlandı

Mütəxəssislər koronavirus testlərinin səhv nəticələr göstərməsinin səbəbini izah ediblər.

BakuCity.az xəbər verir ki, Rusiyanın Ali İqtisadiyyat Mərkəzinin Səhiyyə İnstitutunun direktoru Larisa Popoviç bəzi testlərin kifayət qədər həssas olmadığını və az miqdarda antikoru “görmədiklərini” bildirib.

Onun fikrincə, test prosesinin özü də vacibdir: "Testlər uğursuz antigeni seçirsə, onda digər virusların qalıq izlərini aşkar edə bilər".

L. Popoviçin sözlərinə görə, hər bir testin virusu tapmaq və onu düzgün müəyyənləşdirmək imkanları məhdudlaşır: "Bəzən səhv nəticələr olur, çünki genomun parçası uğursuz seçilib”.

Elm adamı deyib ki, Rusiyada aparılan testlərin 95-96 faizlik həssaslığı var, qalan 4 faiz halda isə səhv ola bilər: “Ancaq testdən keçmək faydalıdır. Həmçinin xəstəliyin əlamətləri varsa, bir neçə dəfə testdən keçmək lazımdır”. (RBK)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər