Yeni təhsil naziri postuna namizəd kimi UNEC rektoru Ədalət Muradovun adı hallandırılır.
Ceyhun Bayramovun xarici işlər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postunu kimin tutacağı maraqla gözlənilir. Yeni təhsil nazirininin kimliyi ilə bağlı həm sosial mediada, həm də yerli KİV-lərdə müxtəlif mülahizələr səsləndirilib.
Həmçinin oxu: Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi
BakuCity.az xəbər verir ki, hazırda təhsil naziri vəzifəsinə bir neçə şəxsin namizədliyi müzakirə olunur. Ancaq ən şanslı namizəd kimi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovun adı hallandırılır.
Əldə olunan məlumatlara görə, böyük ehtimalla təhsil naziri vəzifəsinə məhz Ədalət Muradov gətiriləcək. (sfera.az)
BakuCity.az