Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur.
BakuCity.az xəbər verir ki, bu barədə AzTV-də Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov bildirib.
"Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib.
Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq", - deyə Ş.Mövsümov bildirib.
BakuCity.az