Bakıda bıçaqlanma hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Səbail rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyev İsmayıl Əliyar oğlu naməlum şəxs tərəfindən bıçaq zərbəsi alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Döş qəfəsində kəsilmis-deşilmiş bıçaq yarası aşkarlanan İ. Əliyev cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. (report)
BakuCity.az