Bakıda su kəmərində qəza baş verib.
Bu barədə BakuCity.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
MBildirilib ki, Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Məhdudiyyət 18 iyul 2020-ci il səhər saatlarına qədər davam edəcək.
"Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
BakuCity.az