Yoluxanların sağalmasını sürətləndirən üsul aşkarlandı

Yoluxanların sağalmasını sürətləndirən üsul aşkarlandı

Amerikada koronavirus xəstələrinin sağalmasını sürətləndirən tədqiqat aparılıb.

Amerika alimləri aşağı dozalı şüa terapiyasının koronavirus pasiyentlərinin sağalmasını sürətləndirməyə kömək etdiyini müəyyənləşdirən tədqiqat aparıblar.

BakuCity.az xəbər verir ki, bu barədə "Ridus" bildirir.

Tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.

Məlumata görə, şüa terapiyası ilə müalicə edilənlər 3 gün ərzində sağalıb. Adi üsullarla müalicə kursu keçən xəstələrdə bu müddət 12 gündür.

Stasionar müalicədən çıxışa qədər vaxt 12 günə qədər azaldılıb, nəzarət qrupundakı pasiyentlər isə 20 gün sonra xəstəxanadan buraxılıblar.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər