Ermənistan konsulu və diaspor rəhbəri Moskvanın ən böyük bazarından qovuldu – VİDEO

Ermənistan konsulu və diaspor rəhbəri Moskvanın ən böyük bazarından qovuldu – VİDEO

Rusiyanın paytaxtı Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Food City”də Ermənistan məhsullarının satışına qadağa qoyulub.

BakuCity.az xəbər verir ki, dünən bazar rəhbərliyi ilə danışığa gələn Ermənistanın Moskvadakı konsulu və erməni diasporunun nümayəndələri bazar administrasiyasının göstərişi ilə bazardan qovulublar.

“Food City”-yə ermənilərə məxsus 50-ə yaxın TIR-lərin daxil olmasına icazə verilməyib. Nəticədə erməni iş adamlarına külli miqdarda zərər dəyib.

Qeyd edək ki, “Фуд Сити” Ticarət Mərkəzinin rəhbərlərii Qod Nisanov, Zarax İlyev və həmçinin Tovuzlu iş adamı kimi tanınan professor İlham Rəhimovdur.

Ermənistan konsulu və diaspor rəhbəri Moskvanın ən böyük bazarından qovuldu – VİDEO, fotoşəkil-1

BakuCity.az

Şərhlər