Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

Bakıdan rayonlara hərəkət məhdudiyyətləri aradan qaldırılacaqmı?

Azərbaycanda ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Bundan əlavə şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Narıncı zonaya daxil olmayan bu rayonlara gediş-gəliş mümkün olacaqmı? Ümumiyyətlə qarşıdakı günlərdə Bakıdan rayonlara hərəkət məhdudiyyətləri aradan qaldırılacaqmı?

BakuCity.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bununla bağlı dəyişikliyin olmadığını bildirib:

''Dəyişən o oldu ki, Samux rayonu və Lənkəran şəhəri sərt karantin rejiminin tətbiq edildiyi bölgələr sırasından çıxarıldı və narıncı zonaya daxil olan xüsusi karantin rejimi bu yerlərə tətbiq olunmayacaq. Həmçinin Lənkəran şəhəri və Samux rayonunda həftə sonlarında daxildə ictimai nəqliyyatın işləməsinə icazə veriləcək. Amma Lənkəran şəhəri və Samux rayonuna Bakıdan getmək mümkün olmayacaq.

Ümumiyyətlə hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın istənilən şəhər və rayonuna avtobusların çıxışı yoxdur. Respublikanın digər avtovağzallarından da regionlara gediş-gəliş avtobuslar ilə mümkün deyil''. (metbuat.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər