Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.
BakuCity.az xəbər verir ki, Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə vəfat edib.
Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin 44 yaşlı qızı qəfil ürəktutmadan dünyasını dəyişib.
Nəşin Bakıya gətirilməsi ilə əlaqədar hazırlıq işləri gedir. (qafqazinfo)