"Səbail"lə vidalaşan oyunçu futboldan getdi

"Səbail"lə vidalaşan oyunçu futboldan getdi

“Səbail” futbol klubu ilə yollarını ayıran Eltun Yaqublu karyerasını başa vurub.

BakuCity.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə "Instagram" hesabından məlumat verib.

E. Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağa qər verib.

Oyunçu “Səbail” klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan futbolçu yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Eltun Yaqublu karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sumqayıt" klublarında oynayıb.

O, 2018/2019 mövsümündə "Səbail"lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

BakuCity.az

Şərhlər