Bakıda avtomobil motosikletçini vurub öldürdü

Bakıda avtomobil motosikletçini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində motosikletlə hərəkətdə olan 1968-ci il təvəllüdlü Hümmətov Rüstəm Əli oğlu 99-BJ-635 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Ağır bədən xəsarətləri alan R. Hümmətov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ağır müştərək travma və açıq kəllə beyin travması diaqnozları qoyulub.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)

BakuCity.az

Şərhlər