Milli Qəhrəmanın qızı BMT binası qarşısında bəyanat verdi - FOTO

Milli Qəhrəmanın qızı BMT binası qarşısında bəyanat verdi - FOTO

Milli Qəhrəmanın qızı BMT binası qarşısında bəyanat verib.

Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Baş Ofisi qarşısında Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada bəyanatla çıxış edib.

BakuCity.az xəbər verir ki, Farizə Əhmədova diqqəti bu ilin iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrimin növbəti hərbi təxribatına, azərbaycanlı dinc sakinlərin öldürülməsinə və illərdir bu təxribatların vaxtaşırı davam etməsinə yönəldib.

F.Əhmədova bildirib ki, məhz Ermənistanın işğalı, təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşaqlardan biri kimi o da 90-cı illərin əvvəlində atasını itirib:

"30 ildir ki hələ də Ermənistan işğalı davam etdirir və hələ də vaxtaşırı azərbaycanlı uşaqları mənim kimi atasız qoyur. Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 28 ildir qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir. Biz azərbaycanlılar BMT kimi nüfuzlu bir təşkilatı bu özbaşınalığın qarşısını almağa, işğal faktına, bu təxribatlara nəhayət son qoyulmasında qəti addımlar atmağa çağırırıq". (trend)

Milli Qəhrəmanın qızı BMT binası qarşısında bəyanat verdi - FOTO, fotoşəkil-1 Milli Qəhrəmanın qızı BMT binası qarşısında bəyanat verdi - FOTO, fotoşəkil-2 Milli Qəhrəmanın qızı BMT binası qarşısında bəyanat verdi - FOTO, fotoşəkil-3

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər