SMS icazənin müddəti 3 saat oldu

SMS icazənin müddəti 3 saat oldu

Bu gündən SMS icazənin müddəti 3 saatadək artırılıb. 

SMS icazənin tətbiq olundu şəhər və rayonlarda vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.

BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

BakuCity.az

SMS icazənin müddəti sms icazə vaxti,. müddət arırıldı bu gündən azərbaycanda sms icaze
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər