"Çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik".
BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib:
"Böyük kütlə bir yerə gələndə yoluxma riski qat-qat artır. Birincisi çimərliklərdə məsafə saxlamaq çətindir. İkincisi insanlar orda su və yemək alırlar, bu da risk yaradır. Üçüncüsü çimərliklərə Bakının müxtəlif yerlərindən gəlirlər, bu da riskin bir rayondan başqa rayona ötürülməsi riski deməkdir.
Bunu müəyyən şəkildə təşkil edə bilsək, vətəndaşlarımıza hədiyyə olar. Bu istiqamətdə də iş başlanılıb. Yəqin ki, avqustun 5-nə qədər çatdıra bilməyəcəyik, amma o tarixdən sonra əmin olsaq ki, bu qaydaları təhlükəsiz formada tətbiq edə bilərik, o halda nəzərə alacağıq".
BakuCity.az