Azərbaycanda koronavirusdan daha 9 nəfar öldü - STATİSTİKA

Azərbaycanda koronavirusdan daha 9 nəfar öldü - STATİSTİKA

Azərbaycanda daha 369 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6817, ötən müddət ərzində isə 634 698 test aparılıb.

Azərbaycanda koronavirusdan daha 9 nəfar öldü - STATİSTİKA, fotoşəkil-1

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər