"Qurban bayramının keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanır".
BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.
Şahmar Mövsümov qeyd edib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək:
"Biz anlamalıyıq ki, bu il Qurban bayramı digər illərin Qurban bayramı ilə eyni olmayacaq. Biz pandemiya şəraitində yaşayırıq və müəyyən kompromisə getmək məcburiyyətindəyik”, - Ş. Mövsümov əlavə edib.
BakuCity.az