Uzun müddət yüksək vəzifələrdə çalışmış tanınmış iqtisadçı Nailə Bağırova vəfat edib.
BakuCity.az xəbər verir ki, Azərbaycan SSR əməkdar iqtisadçısı, "Şərəf nişanı” ordeni laureatı Nailə Bağırova 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Bağırova Nailə 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.
N. Bağırovanın adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları” kitabına salınıb. (parla.az)