Azərbaycanda koronavirusla bağlı rekord sayda ölüm baş verdi

Azərbaycanda koronavirusla bağlı rekord sayda ölüm baş verdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 28242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib, 7927 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7034, ötən müddət ərzində isə ümumilikdə 641732 test aparılıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər