Ədalətin bərpası üçün PETİSİYA

Ədalətin bərpası üçün PETİSİYA

907-ci düzəlişin ləğvi üçün petisiya reallaşır.

İyulun 20-sindən etibarən petitions.whitehouse.gov satrında 907-ci düəzlişin ləğviylə bağlı səsvermə başlayıb. 

BakuCity.az xəbər verir ki, 19 Avqust 2020-ci ilə qədər vasitəsilə 69 246 imza toplanmalıdır.

Bu imza sahiblərindən biri olmaqla Azərbaycanın haqq səsinin dünyaya çaymasına, ikili standartalara son qoyulmasına dəstək ola bilərsiniz!

Qeyd edək ki, məqsəd 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci düzəlişin tamamilə ləğvidir.

Düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılıb.

Bundan sonra, yenidən, senator Con Kerrinin dəstəyi ilə konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən irəli sürülmüşdür və erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir.

ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir. MADDƏ 907. AZƏRBAYCANA YARDIM GÖSTƏRİLMƏSİNİN QADAĞAN EDİLMƏSİ (A) QADAĞA – Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz.

(B) QEYD – Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir.

907-ci düzəlişlə Azərbaycan münaqişədə günahlandırılır və bu BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə zidddir. Buraya daxil olub 907-ci düzəlişin ləğvinə səs verin!

BakuCity.az

Şərhlər