Bakıda məşhur restoran barəsində cinayət işi açıldı - RƏSMİ

Bakıda məşhur restoran barəsində cinayət işi açıldı - RƏSMİ

Bakıda məşhur restoran barəsində cinayət işi açılıb.

Azərbaycanda bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur.

BakuCity.az xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən “Neolit” MMC-yə məxsus “Neolit” restoranının ərazisində olan torpaq sahəsində ağacların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb. 

BakuCity.az

Şərhlər