Bakıda qonaq getdiyi evdə azyaşlı qıza dərman verib zorladı

Bakıda qonaq getdiyi evdə azyaşlı qıza dərman verib zorladı

Qonaq getdiyi evdə 11 yaşlı qıza dərman verib zorlayıb sonra hədə-qorxu gələn şəxs həbs edilib.

Bakıda seksual xarakterli zorlakılıq hərəkətlərində ittiham olunan Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Ağalar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BakuCity.az xəbər verir ki, Ağalar Hümbətov bibisi qızı Məlahət Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) yaşadığı Bakı şəhəri, Xətai rayonundakı mənzilinə gəlib.

O, bibisi qızının evində gecəni qonaq alıb. Səhəri gün evdə heç kimin olmamasından istifadə edərək ev sahibinin 2005-ci il təvəllüdlü qızı Bahar Məmmədovaya təcavüz etmək qərarına gəlib. Bahar Məmmədovaya zor tətbiq etməklə, onunla cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla qonaq otağında ona hədə-qorxu gəlib.

Daha sonra Ağalar Hümbətov Bahar Məmmədovaya istintaqa məlum olmayan mənbədən əldə etdiyi güclü narkotik tərkibli ağrıkəsici olan Klonitazin (Clonitazene) adlı dərman maddəsi verib, ona həmin dərmanı içməyə məcbur edib. Dərmanı içən Bahar Məmmədova huşsuz vəziyyətə düşüb.

Bundan istifadə edən Ağalar Hümbətov Bahar Məmmədova ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra bıçaqla qıza hədə-qorxu gəlib, hər hansı bir şəxsə zorlanması barədə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyib.

İstintaq orqanı tərəfindən Ağalar Hümbətovun barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağalar Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ağalar Hümbətov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ağalar Hümbətovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qəraradan narazı qalan Ağalar Hümbətov kasasiya şikayəti versə də, Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti də təmin olunmayıb. (teleqraf.com)

BakuCity.az

Şərhlər