Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat etdi

Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat etdi

Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 504 nəfər sağalıb.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırda Azərbaycanda 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə 649 953 test aparılıb.

Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat etdi, fotoşəkil-1

BakuCity.az 

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər