Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib.
BakuCity.az xəbər verir ki, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır.
"Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar", - Maykl Rayan “Twitter”də yayımlanan çıxışının gedişatında deyib.
M. Rayan həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.
"Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür", - M. Rayan əlavə edib.
BakuCity.az