Ermənistan qorxuya düşüb - MÜHARİBƏ ALOVLANIR

Ermənistan qorxuya düşüb - MÜHARİBƏ ALOVLANIR

“İyulun 12-dən başlayaraq dörd gün davam edən Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzü, bu ölkənin işğalçı mahiyyətini ortaya qoymaqla yanaşı, birbaşa Qarabag münaqişəsinin həllini arxa plana keçirmək istəyi idi”.

BakuCity.az xəbər verir ki, bu sözləri Poloitoloq Məhəmməd Əsədullazadə deyib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın digər məqsədi isə strateji yüksəkliyi ələ keçirib, Azərbaycanın qərb dəhlizini nəzarətə almaq, neft-qaz kəmərlərini və nəqliyyat yollarına təhlükə yaratmaq olub.

"Azərbaycan Ordusunun sarsıdıcı zərbəsindən sonra Ermənistan tərəfi hücumu dayandırsa da, yenidən PUA və digər yüngül silahlarla bölmələrimizə qarşı hücumlar təşkil edir. Hazırkı hücumların ara-sıra davam etdirilməsi qorxu və panikadan irəli gəlir".

Politoloq sözlərinə görə, Paşinyan Qarabağ məsləsində Azərbaycanın diqqətini Tovuz istiqamətinə çəkməklə, rəsmi Bakını hücum edən tərəf kimi göstərməyə cəhd edir”. (redaktor.az)

BakuCity.az

Şərhlər