Azərbaycanda toyların keçiriləcəyi tarix açıqlandı

Azərbaycanda toyların keçiriləcəyi tarix açıqlandı

“İnsanlarımız Oerativ Qərargahın qoyduğu qaydalara tam əməl etməyə çalışsınlar".

Koronavirusa görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemoloji vəziyyət düzəldikdən sonra toyların yenidən keçirilməsinə icazə veriləcəyi bildirilir.

Yoluxma dinamikası azalmaqda davam edərsə, toyların günorta saatlarında müəyyən qaydalara əməl etməklə açıq havada keçirilməsinə icazə verilə bilərmi?

BakuCity.az xəbər verir ki, baş infeksionist Cəlal İsayev lqeyd edib ki, hazırda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Avqustun 5-nə xeyli vaxt var. O dövrə kimi hansı dinamikanı müşahidə edəcəyimiz bilinmir: "Əgər o dövrə kimi vəziyyət stabilləşərsə, Operativ Qərargah tərəfindən bu barədə qərar qəbul edilə bilər”.

Cəlal İsayevin fikrincə, toylar açıq havada və günorta saatlarında keçirilsə belə sosial məsafə qoruna bilməyəcək:

“İnsanlarımız Oerativ Qərargahın qoyduğu qaydalara tam əməl etməyə çalışsınlar. Biz bu yolla tezliklə normal həyatımıza qayıdıb, toylarımızı da, ad günləri və digər məclislərimizi də rahat şəkildə keçirə bilərik”. (SaqlamHeyat.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər