Bakının iki böyük ticarət mərkəzi yenidən fəaliyyətə başlayacaq

Bakının iki böyük ticarət mərkəzi yenidən fəaliyyətə başlayacaq

"Sədərək" və "Binə", ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacağı bildirilib.

Xəbər verdiyimiz kimi Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 531 nəfər sağalıb. 6 nəfər isə vəfat edib.

Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilə bilərmi?

BakuCity.az xəbər verir ki, bununla bağlı danışan millət vəkili Müşfiq Cəfərov dünyada karantin rejimi ilə bağlı yumşalmaların olduğunu bildirib:

“Yumşalmanın başlıca səbəbi insanların qaydalara tam əməl etməsidir. Bəzi ölkələrdə  ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilir. Bu da insanların qaydalara əməl etməsindən irəli gəlir.

Ticarət mərkəzləri elə bir yerdir ki, müəyyən qədər kütlə toplaşır. İnsanlar alış-veriş edən zaman təmasda olurlar. Qaydalara tam əməl edilərsə iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Son günlər yoluxmaların sayı azalır, sağalanların sayı isə artır. Bu, çox müsbət bir haldır. İnanıram ki, yaxın günlərdə iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaq”. (konkret.az)

BakuCity.az

Şərhlər