Araz Ağalarova məxsus Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina etdi

Araz Ağalarova məxsus Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina etdi

Araz Ağalarova məxsus Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina edib. 

“Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Eviniz” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”.

BakuCity.az xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan dünən RBK-ya açıqlamasında deyib.

O bildirib ki, “Eviniz” ticarət mərkəzlərindən Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkilər çıxarılıb.

“Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar.

Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq. Heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq - oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər” – bu sözləri isə “Armtorq”un baş direktoru Alexander Babayan RBK-ya bildirib.

BakuCity.az

Şərhlər