Azərbaycanlılara hücum edən 17 erməni saxlanıldı

Belçikada azərbaycanlılara hücum edən 17 erməni saxlanılıb.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi Brüsseldə ermənilərin azərbaycanlılara qarşı təxribaxt xarakterli hücumu ilə bağlı bəyanat yayıb.

BakuCity.az-ın verdiyi məlumata görə, bəyanatda deyilir:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 23 iyul 2020-ci il tarixli Bəyanatını rəhbər tutaraq bildiririk:

İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılmış və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vemiş hərbi toqquşmalar fonunda məğlub və aciz vəziyyətdə olan erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı, terrror xarakterli hücumlara cəhd edir. Xarici ölkələrdəki azərbaycanlı icma üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc həmvətənlilərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribat əməlləri, təcavüz aktları və vandalizm törədilir.

Bu xüsusda, 2020-ci ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib.

Azərbaycanın Belçika və Lüksemburqda yaşayan və tərkibində yaşlıların və mərd qadınlarımızın təmsil olunduğu yüzlərlə icma nümayəndələri, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız dövlətimizin və xalqımızın mənafeyinin qorunmasına naminə yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, mənfur ermənilərin nümayiş cəhdini iflasa uğradıblar.

Şərəfli Azərbaycan bayrağının himayəsi altında qürurla birləşmiş həmvətənlilərimiz dövlətçiliyimizin müdafiəsinə sipər olublar.

Onlar iyul 12-dən etibarən təcavüzkar erməni qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilmiş hərbi təxribatları ifşa edən, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsini tələb edən şüarlar səsləndirib və plakatlar nümayiş etdiriblər. Soydaşlarımız “Yaşasın Azərbaycan!”, “Yaşasın dövlətimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Qarabağ Azərbaycandır”, “Xocalıya Ədalət”, “Erməni işğalına son” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını bir daha bəyan edib və Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər. Aksiyaya toplaşanlar Azərbaycanın dövlət himnini, hərbi marş və digər vətənpənvər mahnıları yüksək həvəs və sevgi ilə ifa edərək, təxribatçıların səslərini boğmağa nail olub, erməni təxribatçılarına lazımı cavabı veriblər.

Nümayiş zamanı Ermənistanın onilliklərdir Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətini ifşa edən müvafiq beynəlxalq təşkilatların sənədləri səsləndirilib. Belçikada yaşayan bəzi türk və gürcü dostlar da azərbaycanlı aksiyaçılarımıza dəstək göstəriblər.

Məğlub və aqressiv erməni radikalları diplomatik missiyanın inzibati həyətində toplanmış və vətəninin müdafiəsinə qalxmış dinc həmvətənlilərimizə və diplomatik missiyamıza qarşı kütləvi vəhşiliklər törədiblər. Erməni təcavüzkarlarının daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən altı nəfər, eləcə də REAL TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralanıb və onlara tibbi yardım göstərilib; diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıtılara məruz qalıb, şüşələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

Hadisələri çoxsaylı quru və hava qüvvələri ilə tənzimləyən Belçika polisi xain düşmənin təxribatlarının qarşısını alıb, onları su şırnaqları vasitəsilə bölgədən uzaqlaşdırıb, müvafiq dağıntı və təcavüz faktları polis tərəfindən qeydə alınıb. Hazırda məlumata əsasən, hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.

Ümumilkdə, baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarlarının cəzalandırılması tələb edilib.

Bütün bunlara baxmayaraq, yüksək vətənpərlik ruhunda olan, sülhsevər və cəsur azərbaycanlılarımız öz şüarları və bəyanatları ilə yaramaz erməni aksiyaçılarını susdurmağa nail olublar.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi olaraq, bütün həmvətənlilərimizə təşəkkür edir və bildiririk ki, Azərbaycanımızın müdafiəsi naminə birlik olan həmvətənlilərimizlə qürur duyuruq.

Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır!”

BakuCity.az

Şərhlər

Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...