İyulun 25-də, saat 11:00-dan 17:00-dək - BAKI SAKİNLƏRİNİN NƏZƏRİNƏ

Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməsi prosesi bərpa olunub.

Bu prosesin davamı olaraq, iyulun 24-də “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında keçirilmiş növbəti səyyar sənəd qəbulunda sakinlərdən 32 mənzilə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər qəbul edilib.

BakuCity.az xəbər verir ki, növbəti sənəd qəbulu isə iyulun 25-də, saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 990 ünvanında keçiriləcək.

Mənzillərin İqtisadiyyat Nazirliyinin müvafiq strukturunda səyyar qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilir.

Fərman imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22 322 mənzilə elektron çıxarış verilib. Bununla yanaşı, Bakı şəhəri üzrə istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı əvvəlcədən düz seçməməsi səbəbindən həmin yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsində fasilə yaranmışdı.

Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının müvafiq Fərmanının tələblərinə əsaslanaraq və vətəndaşların mənafeyi nəzərə alınaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-larda olduğu kimi, mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınıb.

Sənədlərin qəbul edilməsi tədbirində iştirak edək Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi idarələri ilə iş şöbəsinin müdiri Anar Rzayev bildirib ki, bununla da, 16 595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradılır. Onun sözlərinə görə, Bakı üzrə icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda bu şəhərlərdə istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur.

“Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu mütəmadi olaraq keçiriləcək”, - deyə A. Rzayev bildirib.

BakuCity.az

Bakı sakinlərinin nəzərinə son xeber baki xəbərlər bu gün gündəm xəbərləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 11 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24,  gündüz  29-33,  Bakıda  gecə 22-24, gündüz  30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşk...
Kriminal
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalanıb. Xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlərə yol verən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, bunu...
Cəmiyyət
Həbs olunan general-leytenant ev dustaqlığına buraxılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. BakuCity.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Həmçinin oxu: DSX-nin həbs edilən vəzifəliləri açıqlanıb - ADLAR Qeyd edək ki, Ə.Nağıyev və Sahil-Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş...
Ekologiya
Şix çimərliyinin bir hissəsinin abadlaşdırılması ilə bağlı paylaşılan müqayisəli fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb. BakuCity.az xəbər verir ki, paylaşımı Saleh Nəsirov adlı istifadəçi edib. Saleh Nəsirov qeyd edib ki, hər iki fotoda eyni ərazi olsa da, fərqli mənzərə var: “Yuxarıdakı şəkil: xaos, bardak, tərbiyyəsizlik, mədəniyyətsizlik, hörmətsizlik, cahillik və antisanitariya, aşağıdakı şəkil: cənnət. Bu şəkil sübüt edir ki, əgər ya...
Biznes
Paytaxtda fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilib. COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı və Abşeronda 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndiril...
Cəmiyyət
Rayonlara gediş-gəliş qaydaları müəyyənləşib Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə giriş-çıxış qaydaları müəyyənləşib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən sərt karantin rejimin tətbiq olunan şəhər və rayonlara giriş-çıxış aşağıdakı qaydalara uyğun olaraq həyata keçiriləcək: – Yaxın qohumunun dəfnində iştirak...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Mikayılov Mikayıl Mirzəbala oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton səkiyə çırpılıb. Hadisə zamanı M.Mikayılov müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılı...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, paytaxt çimərlikləri avqustun 5-dən istifadəyə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır. Bakı Şəhər İcr...
Cəmiyyət
BNA pandemiya zamanı görülən işlərlə bağlı əhaliyə müraciət edib. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a bildirilib ki, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin,...