Azərbaycanlılarla ermənilər arasında növbəti kütləvi dava - VİDEO (YENİLƏNİB)

Azərbaycanlılarla ermənilər arasında növbəti kütləvi dava - VİDEO

Ötən gecə Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava baş verib.

BakuCity.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, hadisə Lyublinskaya və Nijnie Polya küçələrinin kəsişməsində qeydə alınıb.

Ümumilikdə davada 30-a yaxın insan iştirak edib. Hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəliblər.

Rusiya Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, davadan sonra 13 nəfər saxlanılıb.

Davanın iştirakçılarından birinin bıçaq xəsarəti aldığı və xəstəxanaya aparıldığı bildirilir.

BakuCity.az

Şərhlər