Şəhid mayorun banka olan borcu SİLİNDİ

Şəhid mayorun banka olan borcu SİLİNDİ

 Anar Novruzovun banka olan kredit borcu bank tərəfindən tamamilə silinib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun Kapital Bank-a həqiqətən də kredit borcu olduğu müəyyən olunub və borc bank tərəfindən silinib”.

BakuCity.az xəbər verir ki, bunu Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

P.Sədrəddinov qeyd edib ki, həmçinin, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və BirKart-larına borclarının olduğu üzə çıxıb və həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. 

Qeyd edək ki,  yayılan məlumatlarda Anar Novruzovun Kapital Banka 12 min manat kredit borcu olduğu bildirilmişdi. (modern.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər