Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı

Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı

Amerikalı alimlər koronavirus xəstələrində ölüm riskini artıran vasitələri açıqlayıblar.

BakuCity.az xəbər verir ki, bu barədə "İzvestiya” məlumat verib.

Mütəxəssislərin fikrincə, xəstələrin vəziyyətini mədə xorası, qastrit və mədə qıcqırması hallarında kömək edən məşhur dərmanlar pisləşdirə bilər.

Tədqiqatlar göstərib ki, COVID-19-a yoluxan və bu cür dərmanlar qəbul edən insanlar arasında ölüm halı istifadə etməyənlərlə müqayisədə 2,3 dəfə çoxdur.

Belə xəstələrin ağciyərlərin süni ventilyasiyası cihazına qoşulma riski də 2,5 dəfə artıqdır.

Rusiyalı qastroenteroloqların fikrincə, buna səbəb belə dərmanların mədə turşuluğunun səviyyəsini aşağı salmasıdır. Bu da öz növbəsində mədənin baryer funksiyasının azalmasına və bağırsaq mikroflorasında dəyişikliklərə səbəb olur.

Beləliklə, virus hissəcikləri insan orqanizminə selikli qişa vasitəsilə daha fəal şəkildə nüfuz edir və xəstəliyi ağırlaşdırır.

Bundan əvvəl koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran vacib amillərdən biri kimi qanda şəkərin artması (hiperglisemiya) göstərilmişdi. Mütəxəssislərin sözlərinə görə, diabet xəstəliyi aşkarlanmayan və koronovirusa yoluxan xəstələrin qanında qlükozanın səviyyəsi ilə ölümləri arasında əlaqə aşkarlanıb. (oxu.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər