Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında yenidən münaqişə yaşanıb.
BakuCity.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum edib.
Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, "Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib.
Şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu bildirilir.
Ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi hələlik baş verənlərlə bağlı hər hansı bir açıqlama yaymayıb.
BakuCity.az