Bakıda postlar yenidən quruldu

Bakıda postlar yenidən quruldu

Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub.

BakuCity.az xəbər verir ki, zərurət olan ərazilərdə postlar bərpa edilir, bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları müxtəlif ərazilərdə, məhəllədaxili hissələrdə nəzarəti gücləndiriblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv etmişdi.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər