Hər şey başa döndü: kabus yenidən başlayır

Hər şey başa döndü: kabus yenidən başlayır

Son məlumatlara görə, koronavirusun ikinci dalğa təsirini artırmağa başlayıb. Xüsusilə Avropa ölkələrində narahatlıq zirvəyə qalxıb.

BakuCity.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyada, xüsusilə ölkənin şərqindəki Katalonya və Araqon muxtar bölgələrində koronavirus (Covid-19) epidemiyasında artan yeni hadisələr, Avropanın digər ölkələrində narahatlıq yaradıb.

Fransadan sonra Belçika da vətəndaşlarına Katalonyaya getməmələrini tövsiyə edib.

Ayrıca bu iki şəhərdən Belçikaya gələnlərin də tədbir məqsədiylə 14 gün karantində saxlanacağı qeyd edilir.

Katalonya muxtar rəhbərliyi, son 24 saatda bölgəsində koronavirusdan 1493 yeni hadisə təsbit edildiyini açıqlayıb. Katalonyada mövcud vəziyyətdə 71-i reanimasiyada olmaqla Covid-19 diaqnozu qoyulan 300-dən çox insanın müalicəsinə xəstəxanada davam edildiyi bildirilib.

İspaniyada təxminən 300 yerdə aktiv vəziyyətdə Covid-19 yoluxmaları aşkarlanıb. Araqon, Katalonya, Madrid, Navarra, Bask bölgələrində epidemiyanın artım sürəti diqqət çəkir.

İspaniya Səhiyyə Nazirliyinin cümə günü açıqladığı son məlumatlara görə, Covid-19-dan indiyə qədər ölkə daxilində 28 min 432 nəfər ölüb.

Portuqaliyada isə bəzi alim, elm mərkəzləri və şirkətlərin birgə əməkdaşlığı ilə icra edilən işlərdə, Covid-19-u təsirsizləşdirdiyi qarşıya qoyulan ilk maskanın hazırlandığı bildirilib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər