Koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska hazırlanıb.
BakuCity.az xəbər verir ki, sözügedən maskanı Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu yaradıb.
“La Razon” nəşrinin verdiyi məlumata görə, həmin maska üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadirdir.
Tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar. Bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.
Fransanın Paster İnstitutunda aparılan sınaqlar nəticəsində məlum olub ki, maskanı 50 dəfə yumaq olar.
BakuCity.az