Bakıda azyaşlı uşağı avtomobil vurdu

Bakıda azyaşlı uşağı avtomobil vurdu

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Qasımzadə Cavid Cəlal oğlu yaşadığı evin yaxınlığında anasının diqqətindən yayınaraq avtomobil yoluna çıxıb.

Qarşıdan gələn avtomobil uşağı vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. (report)

BakuCity.az

Şərhlər