İctimai nəqliyyat yenidən əvvəlki qaydada işləyəcək.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılmışdı.
BakuCity.az xəbər verir ki, bu gün səhər saat 6-dan etibarən müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyətinə qoyulan qadağa başa çatıb.
Beləliklə, ictimai nəqliyyat yenidən əvvəlki qaydada vətəndaşların xidmətindədir.
BakuCity.az