İyulun 31 və avqustun 1-i Azərbaycanda Qurban bayramı günləri hesab olunur.
Hazırda 14 rayon və şəhərdə sərt karantin rejiminə görə bir çox müəssisələr fəaliyyətini dayandırıb. Qurban bayramına görə vətəndaşlarımıza 190 manat birdəfəlik müavinət yenidən verilə bilərmi?
BakuCity.az xəbər verir ki, millət vəkili İlham Məmmədov Allah yolunda kəsilən qurbanların kasıb, imkanı olmayan insanların ehtiyacını ödədiyini deyib:
“Bu bayramla bağlı, təbii ki, ölkəmizdə də tədbirlər planı hazırlanır. Bütün Azərbaycan xalqı bu bayramı yüksək səviyyədə qeyd edəcək. Hansı şəraitdən asılı olmayaraq insanlarımız öz adət-ənənələri icra edirlər. Bunun üçün də dövlətimiz lazım olan şəraiti yaradır".
Deputat vurğulayıb ki, sərt karantin rejimi tədbiq edilən rayonlarda işsiz insanlara yenidən 190 manat mavinət verilib: “Bundan əlavə Baş nazir Əli Əsədovun qərarı ilə poliklinika şəraitində xəstələrə qulluq edən həkimlərin də maaşı əmək haqqlarının 3 misli qədər qaldırılacaq".
BakuCity.az