Kürdəmirin Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb.
BakuCity.az xəbər verir ki, kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxub.
Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar.
Həmçinin oxu: Azərbaycanda koronavirusdan daha 6 nəfər öldü - STATİSTİKA
Xəstələrin sayının artacağı istisna olunmur.
Bir müddət əvvəl rayonun Sığırlı kəndində də təhlükəli infeksiyaya kütləvi yoluxma halı qeydə alınıb. (report)
BakuCity.az